İcmanın Aparatı – QAİ-nin strukturuna daxil olan, İcmanın Nizamnamədən irəli gələn səlahiyyətlərinin həyata keçirilməsini təmin edən, habelə İcmanın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirən qurumdur. İcmanın Aparatına iki şöbə, iki sektor, bir sədr müşaviri, mətbuat katibi, koordinatorlar və texniki heyətdən ibarət olan 35 ştat vahidi daxildir.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsi – şöbə İcmanın media siyasətini müəyyənləşdirir, soydaşlarımızın geri qayıdış hüququ ilə bağlı materialların yerli və xarici mediada işıqlandırılmasını, İcma rəhbərliyi və üzvlərinin, Mətbuat katibinin yerli və xarici mediaya müsahibələrini eləcə də Qərbi Azərbaycan Televiziyasının işini təşkil edir.