Amasiya kəndləri gənclərinin növbəti mini-futbol çempionatına start verilir
11 sentyabr 2026, 13:00
Sentyabrın 13-də Amasiya kəndlərindən olan gənclərin iştirakı ilə növbəti mini-futbol çempionatı keçiriləcək.
Çempionatın açılış mərasimində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli və Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov iştirak edəcəklər.
Müxtəlif kəndləri təmsil edən gənclərin bir araya gələcəyi yarışın əsas məqsədi gənclər arasında birlik və həmrəyliyin, dostluq münasibətlərinin və sağlam həyat tərzinin təşviq edilməsidir.
Çempionat eyni zamanda Amasiya və bütövlükdə Qərbi Azərbaycan yaddaşının gənc nəsil arasında yaşadılmasına, Qərbi Azərbaycana qayıdış amalının təbliğinə xidmət edir.
13 sentyabrda gəncləri böyük futbol görüşü gözləyir.