28 sentyabr 2026, 13:30
Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və qorunması son illərdə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Xüsusilə Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş yaşayış məntəqələri, dini-memarlıq nümunələri və xristian irsi ilə bağlı məsələlər bu istiqamətdə aparılan araşdırmaların diqqət mərkəzindədir. Qafqaz Albaniyasının tarixi və onun bölgədə formalaşdırdığı xristian mədəni irs də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Alban Apostol Kilsəsinin tarixi, alban abidələrinin kimliyi, onların sonrakı dövrlərdə taleyi və bu irslə bağlı müxtəlif yanaşmalar həm elmi, həm də ictimai müstəvidə müzakirə olunur.
Bu məsələlər ətrafında aparılan müzakirələrin fonunda Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Crossmedia.az-a müsahibə verib:
- Qafqaz Albaniyasının ərazisi və xristian irsi indiki Qərbi Azərbaycan torpaqları ilə necə kəsişir? Alban Apostol Kilsəsi erməni Qriqoryan kilsəsindən hansı əsas cəhətlərinə görə fərqlənirdi?
- Bugünkü Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi Azərbaycanın ən müxtəlif xanlıqlarının torpaqları hesabına yaradılmış qondarma bir qurumdur. Əslində tarixən belə bir ölkə, belə bir dövlət olmayıb. Təsəvvür edin, cəmi 29 min kv km-lik kiçik bir ərazidə Qarabağ xanlığının Zəngəzur bölgəsi, Naxçıvan xanlığının Dərələyəz mahalı, Gəncə xanlığının Dilican, Qaraqoyunlu, Şəmşəddil bölgələri, İrəvan xanlığının Göyçədən tutmuş Vedibasara, Talına qədər 12 mahalı, daha sonra Loru, Pəmbək, Ağbaba, Şörəyel mahalları... İndi Paşinyan Qərbi Azərbaycanın xəritəsini yapışdırıb sinəsinə dünyanı gəzir, bir soruşan yoxdur ki, ay Paşik, mənə tarixdə elə bir ərazi-inzibati vahid göstərə bilərsənmi ki, yuxarıda adlarını çəkdiyim mahalların hamısını əhatə etsin?! Əlbəttə, göstərə bilməz, çünki yoxdur. Bu ərazi tarix boyu bütöv Azərbaycanın, bu coğrafiyada yaranan Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olub.
Alban Apostol kilsəsi ilə erməni Qriqoryan kilsəsi arasındakı fərqlərə gəldikdə, şübhəsiz, belə fərqlər kifayət qədərdir. Hətta xaçların forması da bir-birindən kəskin fərqlənir. Bir fərqi də deyim, erməni keşişi, katoliklər kimi, evlənə bilməz, amma alban keşişi üçün belə qadağa yoxdur. Buna görə də “Əsli-Kərəm”dəki Qara keşişi erməni saymaq kökündən yanlışdır, onun Əsli adlı qızı var, Qara Keşiş alban keşişidir və türk oğlu türkdür. Ona görə də Əslini Kərəmdən qaçıranda Eçmiədzinə və ya Kilikiyaya yox, türk şəhərləri olan Tiflisə, Ərzruma qaçırır.
- İşğal illərində və ondan əvvəl ermənilər alban abidələrində hansı konkret saxtalaşdırma əməllərini (kitabələrin silinməsi, xaç daşlarının dəyişdirilməsi, freskaların kəsilməsi, adların dəyişdirilməsi) həyata keçiriblər?
- Ermənilər bu coğrafiyaya qədəm basan gündən burada yerli xalqlara, yəni Azərbaycan türklərinə məxsus mədəni irsi saxtalaşdırmaq, bu da mümkün olmayanda məhv etmək xətti götürüblər? Niyə? Çünki özləri bu coğrafiyaya yad idilər və burada yerlərini möhkəmlətmək üçün mütləq özlərinin bu ərazilərdə qədimdən yaşadıqlarını sübut etməli idilər. Belə də etdilər. Amma bu ərazilərin sahibi olan yerli adamlar – azərbaycanlılar buna müqavimət göstərirdilər. Ona görə də gəlmə ermənilər paralel olaraq ilk gündən köçürüldükləri kənd və şəhərlərdən azərbaycanlıları sıxışdırıb çıxarmağa başladılar.
- Alban abidələrinin mənimsənilməsi yalnız mədəniyyət məsələsidirmi, yoxsa “Böyük Ermənistan” ideologiyasının və Qərbi Azərbaycan torpaqlarına yönəlmiş ərazi iddialarının tərkib hissəsidir?
- Ermənilərin nəinki abidələrlə bağlı siyasəti, bütün hər şeyləri – yeyib-içdikləri, yatıb-durduqları, yazıb-danışdıqları – hamısı “Böyük Ermənistan” ideologiyasının tərkib hissəsidir. Bu mifik ideologiyadan kənarda nə Ermənistan var, nə də bir nəfər erməni. Həm də bu xəstə ideologiya təkcə Qərbi Azərbaycan torpaqlarına yönəlmiş ərazi iddiaları deyil, bütöv Azərbaycana, Yaxın Şərqə, Gürcüstana, Şimali Qafqaza və az qala dünyanın yarısına istiqamətlənmiş şizoferik bir düşüncənin məhsuludur. Ermənilər bilə-bilə və görə-görə ki, bu xəstə ideologiya millət olaraq onları uçuruma aparır, yenə də öz əməllərində geri durmurlar. Necə deyərlər, eşşəkdən düşüblər, yenə “hoş-hoş”larından qalmırlar.
- 2020-ci ildən sonra erməni tərəfi və diaspora alban irsi ilə bağlı saxta iddiaları beynəlxalq arenada necə təbliğ edir və buna qarşı hansı cavablar verilməlidir?
- Biz bu məsələdə ermənilərdən çox geridəyik. “2020-ci ildən sonra” nədir, ermənilər yüz illərdir bu istiqamətdə sistemli iş aparır. Bu illər ərzində dünya xalqlarını öz yalanlarına kifayət qədər inandıra biliblər. Biz erməni saxtakarlığı ilə bağlı bir kitab yazanda, yaxud bu mövzuda bir kitabı hər hansı xarici dilə çevirəndə sevinirik. Ermənilərin belə kitabları yüzlərlə və minlərlədir. Dünyanın bütün ölkələrində kök atmış və mən deyərdim ki, kifayət qədər maliyyə imkanlarına və imkanlılarına malik erməni disporu bütövlükdə qondarma “Böyük Ermənistan” ideologiyasının inkişafına, təbliğinə və həyata keçirilməsinə xidmət edir. Əlbəttə, mən bu məsələdə heç də bədbin deyiləm, inanın ki, erməninin 200 ildə gördüyünü 3-5 ildə darmadağın edərik. Çünki ermənilərin hər şeyi yalan üstə qurulub, biz isə yalnız həqiqətə, fakta, sənədə söykənirik. Amma bütün bunları etmək üçün bir qədər maliyyə resurslarına ehtiyac var.
- QAİ-nin bu saxta iddialara qarşı yaratdığı işçi qüvvəsinin əsas vəzifələri və hazırkı fəaliyyəti nədən ibarətdir?
- Qərbi Azərbaycan həqiqətlərini öyrənmək və beynəlxalq müstəviyə çıxarmaq ilk gündən İcmamızın əsas məqsədlərindəndir və bu istiqamətdə daxili imkanlarımız hesabına iş aparırıq. Diplomatik korpusun işğaldan azad olunmuş ərazilərimizə sonuncu səfəri ilə bağlı Ermənistan tərəfin nümayiş etdirdiyi isterika ermənilərin hələ də Azərbaycana ərazi iddialarından imtina etmədiyini sübut etdi. Ermənilər Azərbaycan Respublikasının suveren ərazilərindəki tarixi alban abidələrimizə öz saxta iddialarını yenidən ortaya qoydular. Əslində, ermənilər bununla özlərinin əvvəllər dəfələrlə etdikləri at gedişini təkrar etdilər. Belə ki, yenə sağa addım atıb solu vurmağa cəhd elədilər. Xatırladıram, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan yüz minlərlə azərbaycanlını öz doğma evlərindən vəhşicəsinə qovub çıxardılar və çox az sonra Qarabağ müharibəsini başlamaqla beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanda soydaşlarımıza qarşı etdikləri vandalizmdən yayındırmağı bacardılar. İndi də Qərbi Azərbaycana qayıdış məsələsinin dönməz proses halını aldığını görüb, diqqəti Azərbaycanın suveren ərazilərindəki tarixi alban xristian abidələrinə yönəltməyə çalışırlar. Amma çox böyük səhvə yol verirlər. Çünki nəinki Azərbaycanın suveren ərazilərindəki, hətta Ermənistan ərazisindəki ən azı XV əsrə qədərki bütün xristian abidələri Azərbaycan xalqına məxsusdur, xalqımızın xristian mədəni irsidir. İcma olaraq biz də yaratdığımız İşçi qrupu vasitəsilə Qərbi Azərbaycan ərazisindəki xristian, ilk növbədə Zəngəzur, Dərələyəz və Göyçə mahalları ərazilərindəki alban irsini araşdırmağa başladıq. Mən bu üç mahalın adını ona görə xüsusi çəkirəm ki, bu mahallar bütün dövrlərdə Qafqaz Albaniyasının tərkibində olub və tarixən o mahallarda bir nəfər də erməni olmayıb. Ermənilər heç vaxt torpaq sahibi olmadıqları üçün quldarlıq quruluşundan sonra məcburiyyət qarşısında yeni formalaşmaqda olan sənətkarlıq və ticarətlə məşğul olublar. Bu, onların xarakterinə də keçib, nökərçiliyi, yalançılığı və satqınlığı yaxşı mənimsəyiblər.