11 noyabr 2026, 12:13
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
İrəvanda Göy məscidin mərasim zalına erməni şairinin adının verilməsi Azərbaycan xalqının milli və dini ruhuna qarşı növbəti təhqirdir.
Ola bilər, ermənilərin bu hərəkətinə kimsə təəccüblənir, amma mən qətiyyən təəccüblənmirəm. Məsələ onda deyil ki, 28 yaşıma kimi ermənilərin içində yaşamış, son 200 ildə atamın, babamın, babamın babasının, onun da babasının erməni zülmünü görmüş birisi kimi erməni xislətini yaxşı bilirəm. Məsələ ondadır ki, bu gün bu hərəkəti edənlər bütün Qərbi Azərbaycanda, o cümlədən İrəvanda Azərbaycan mədəni irsini yer üzündən silən həmin qüvvələrdir.
Təkcə İrəvan şəhərində 10-dan artıq, bütün Qərbi Azərbaycanda isə yüzlərlə məscidimizi, yüzlərlə qəbiristanlığımızı yox edənlər bunlar deyilmi? Hələ Qarabağı demirəm. Göy məscidi fars məscidi kimi dünyaya təqdim edənlər, əlbəttə, bu gün onun mərasim zalına erməni adını da verəcəklər, sabah orada hansısa erməninin büstünü də qoyacaqlar. Hələ bəlkə birisi gün bomba qoyub onu partladacaqlar da. Çünki məqsəd aydındır: Azərbaycan xalqının bu torpaqlardakı tarixi və mədəni izlərini silmək, onun milli yaddaşını unutdurmaqdır.
Biz bunu birdəfəlik dərk etməliyik. Bu gün erməni sülhdən danışır, sabah quzuya da dönəcək, görüşəndə «can kirvə» deyib boynumuza sarılacaq, kövrəlib gözündən yaş da axıdacaq. Amma bütün bunlar tarixi təcrübəni unutmağımıza əsas verməməlidir. Bu yaxınlarda diplomatik korpusun Qarabağa səfərinə ermənilərin göstərdiyi aqressiya bizə dərs olmadımı? Sülh sözdə deyil, əməldə təsdiq olunmalıdır. Tarixi irsə münasibət isə hər bir tərəfin həqiqi niyyətini göstərən mühüm meyardır.
Ermənilər yaxşı bilirlər ki, İrəvanda Göy məscid bizim həssas yerimizdir. Çünki bu məscid İrəvanda hələ də Azərbaycan ruhunu yaşadan dini irsimizdir. Bilirlər və bilə-bilə onu təhqir edirlər. Ağdam məscidində donuz saxlamaqla, Təpəbaşı məscidini şərabxanaya çevirməklə Göy məscidin bir hissəsinə erməni adının verilməsi arasında nə fərq var? Hamısı bizim milli və dini ruhumuzu təhqir etmək, tarixi yaddaşımıza zərbə vurmaq üçündür. Bu gün baş verənləri sadəcə bir zalın adlandırılması kimi qiymətləndirmək məsələnin mahiyyətini görməməkdir.
Dünyaşöhrətli şərqşünas alim Adam Metsin sözlərini xatırlayaq: «Ermənilər ağ dərililər içərisində ən pis kölələrdir. Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir».
Ermənilərin bu çirkin hərəkətini İran rəsmilərinin iştirakı ilə həyata keçirmələri isə riyakarlığın başqa bir formasıdır və bu da ayrıca söhbətin mövzusudur. İran rəhbərliyinin bu məsələdə, belə demək mümkünsə, bircə səhvi qalıb: gərək Yeqişe Çarentsi də ayətullah elan edəydilər! Məsələn, həmin lövhədə belə yazıla bilərdi: «Ayətullah Yeqişe Çarents adına mərasim zalı». Bax, onda hər şey tam olardı! Göy məscidin tarixi kimliyinin təhrif edilməsinə dini titul da əlavə edilmiş olardı. Əlbəttə, bu, istehzadır. Amma yaranmış mənzərənin özü də bundan az absurd deyil.
Azərbaycanla dini və mədəni yaxınlığını vurğulayan İranın belə bir məsələdə hansı mövqedə dayanması ciddi suallar doğurur. Göy məscidin qorunması müsbət haldır, lakin onu qorumaq adı ilə tarixi mənsubiyyətini kölgədə qoymaq, Azərbaycan irsini İran–Ermənistan irsinin nümunəsi kimi təqdim etmək qəbuledilməzdir. Tarixi abidənin fiziki mövcudluğunu qorumaq onun tarixini dəyişdirmək hüququ vermir.
Göy məscid Azərbaycan xalqının İrəvandakı tarixi varlığının, dini-mədəni həyatının və memarlıq ənənələrinin mühüm yadigarıdır. Onun divarlarına toxunmamaq, lakin tarixini təhrif etmək, mərasim zalına başqa ad verməklə Azərbaycan kimliyini arxa plana keçirmək tarixi həqiqəti dəyişmir. Biz bu məsələdə susmamalı, Göy məscidin tarixi kimliyinin qorunmasını tələb etməliyik. Çünki söhbət yalnız bir məsciddən deyil, bütöv bir xalqın tarixi yaddaşından gedir.