05 dekabr 2025, 14:28
Konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri ilə xarici qonaqlar arasında ilk ikitərəfli görüş baş tutub. Görüşdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və Mantraya Strateji Tədqiqatlar İnstitutunun (MISS) təsisçisi və prezidenti Prof. Shanthie Mariet D’Souza iştirak ediblər.
Əziz Ələkbərli tədbirin ümumi məzmunu, regiondakı vəziyyət, qərbi azərbaycanlıların tarixi köçürülmə prosesi və hazırkı çağırışlar barədə geniş məlumat verib.
Xarici qonaq tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib və Azərbaycanın bu istiqamətdə siyasətinin beynəlxalq hüquq və beynəlxalq təşkilatlar vasitəsilə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, mədəni irsin qorunması üçün UNESCO, insan hüquqlarının müdafiəsi üçün BMT bəyannamələri, qaçqınlarla bağlı beynəlxalq hüquqi yanaşmaların daha məhsuldar ola biləcəyini qeyd edib.
Prof. D’Souza, həmçinin, Hindistan–Pakistan arasında ziyarət məqsədilə fəaliyyət göstərən xüsusi kolidoru, eləcə də Banqladeş–Hindistan sərhəd bazarlarını nümunə göstərərək müxtəlif regionlarda humanitar və mədəni keçid mexanizmlərinin mövcudluğunu diqqətə çatdırıb.

_06-12-2025_11-25-26.jpg)
