Əziz Ələkbərli: “İrəvan qazılığı” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir
02 noyabr 2026, 14:15

Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Azərbaycan İcması ilə birgə ərsəyə gətirdiyi “İrəvan qazılığı” kitabının hazırlanması və geniş ictimaiyyətə təqdim olunması, heç şübhəsiz, Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

İcmanın yarandığı gündən Qərbi Azərbaycan ərazisindəki mədəni və dini irsimizin öyrənilməsi istiqamətində konkret addımlar atıldığını bildirən Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan, xüsusilə də İrəvan şəhəri ərazisindəki Azərbaycan mədəni-dini irsinin öyrənilməsi üçün faktaraşdırıcı missiyanın yaradılması və həmin ərazilərdəki dini-mədəni irsimizin monitorinqinin aparılması UNESCO-ya da müraciət edilib.

"Təəssüf ki, Ermənistan tərəfi UNESCO-nun bu tələblə bağlı ünvanladığı müraciətə laqeyd yanaşdı. Lakin Qərbi Azərbaycan İcması bu istiqamətdə fəaliyyətini bu gün də davam etdirir. Xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıq edirik. Bu gün təqdimatına toplaşdığımız kitabın ərsəyə gətirilməsi də həmin istiqamətdə atılmış mühüm addımlardan biridir", - deyə o əlavə edib.

https://azertag.az/xeber/eziz_elekberli_irevan_qaziligi_kitabinin_nesri_qerbi_azerbaycana_qayidis_yolunda_muhum_tohfedir-4491096?