Qərbi Azərbaycan İcması
İcmada geniş mətbuat konfransı keçiriləcək
12 may 2026, 17:06
Hörmətli media nümayəndələri!
Sabah Qərbi Azərbaycan İcması tərəfindən həyata keçiriləcək daha genişmiqyaslı yeni layihənin rəsmi təqdimatı baş tutacaq.
Yeni layihə çərçivəsində elan olunacaq müsabiqə ilə bağlı İcmada geniş mətbuat konfransı keçiriləcək. Tədbir zamanı İcma rəhbərliyi media nümayəndələrinə müsabiqənin şərtləri, məqsədi və icra planı barədə ətraflı məlumat təqdim edəcək.
Sizi tədbirə informasiya dəstəyi göstərməyə və iştirak etməyə dəvət edirik.
Tədbirlə bağlı ətraflı məlumat dəvətnamədə qeyd olunub.