Qərbi Azərbaycan İcması
İrəvandakı Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və İran səfirliyinin tarixi abidəni İran–Ermənistan irsinin nümunəsi kimi təqdim etməsi ciddi etiraz doğurub. Məsələ Azərbaycanın tarixi-mədəni irsinə münasibət, abidənin tarixi kimliyinin təhrif edilməsi və dini-mədəni irsin mənimsənilməsi baxımından müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli baş verənləri Azərbaycan xalqının tarixi və dini irsinə qarşı növbəti hörmətsizlik kimi qiymətləndirib. O, Göy Məscidin mərasim zalına erməni şairinin adının verilməsini və abidənin İran–Ermənistan irsi kimi təqdim olunmasını tənqid edərək, bu addımların arxasında dayanan məqsədlərə diqqət çəkib.
- Bu yanaşma azərbaycanlıların tarixi-mədəni irsinin qorunmasına və iki xalq arasında barışıq prosesinə necə təsir edir?
- "Ola bilər ermənilərin bu hərəkətinə kimsə təəccüblənir, amma mən qətiyyən təəccüblənmirəm. Məsələ onda deyil ki, 28 yaşına kimi erməninin içində yaşayan və son 200 ildə atası, babası, babasının babası, onun da babası erməni zülmünü görən birisi kimi, mən erməni xislətini yaxşı bilirəm, məsələ ondadır ki, bu gün bu hərəkəti edən erməni bütün Qərbi Azərbaycanda, o cümlədən İrəvandakı Azərbaycan mədəni irsini yer üzündən silən həmin ermənidir.
Təkcə İrəvan şəhərində 10-dan artıq, bütün Qərbi Azərbaycanda yüzlərlə məscidi, yüzlərlə qəbiristanlığımızı yox edən həmin erməni deyilmi? Hələ Qarabağı demirəm. Göy məscidi fars məscidi kimi dünyaya təqdim edən erməni, əlbəttə, bu gün onun zalına erməni adını da verəcək, sabah orada hansısa erməninin büstünü də qoyacaq, hələ bəlkə birisi gün bomba qoyub onu partladacaq da. Çünki bu məxluq ermənidir. Əstəğfürullah, Qurandan don geysə də, sonsuza qədər xalqıma və bütün türk dünyasına nifrət edəcək. Beş barmağını bala batırıb erməninin ağzına soxsan da, erməni yaxşılıq bilməyəcək. Biz bunu birdəfəlik dərk etməliyik. Bu gün erməni sülhə gəlir, sabah quzuya da dönəcək, hələ bəlkə görüşəndə “can kirvə” deyib boynumuza sarılacaq, kövrəlib gözündən yaş da axıdacaq, çünki hələ zəifdir, amma elə ki, nə vaxtsa bir az güc topladı, özünə arxa tapdı, əjdahaya dönəcək. Bu, onun xislətidir, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu yaxınlarda diplomatik korpusun Qarabağa səfərinə ermənilərin aqressiyası bizə dərs olmadımı?
Ermənilər bilir ki, İrəvanda Göy məscid bizim həssas yerimizdir, İrəvanda hələ də Azərbaycan ruhunu yaşadan dini irsimizdir, bilir və bilə-bilə onu təhqir edir. Ağdam məscidində donuz saxlamaqla, Təpəbaşı məscidini şərabxanaya çevirməklə Göy məscidin bir hissəsinə erməni adı verməyin arasında nə fərq var! Hamısı bizim milli və dini ruhumuzu təhqir etmək üçündür. Hələ zəifdir – bu hoqqaları çıxarır, görün, güclənsə neyləyəcək.
Dünyaşöhrətli şərqşünas alim Adam Metsin sözlərini xatırlayaq: “Ermənilər ağ dərililər içərisində ən pis kölələrdir. Əgər kölə ermənini bircə saatlığa nəzarətsiz qoysan, təbiəti dərhal onu şər işlərə sövq edəcək. Onlar yalnız kötək və qorxu altında yaxşı işləyirlər. Onları yaxşıca kötəkləmək və lazım olan işi görməyə məcbur etmək gərəkdir.
Ermənilərin bu çirkin hərəkəti İran rəsmilərinin iştirakı ilə icra etmələri isə riyakarlığın başqa bir formasıdır və bu da başqa bir söhbətin mövzusudur. "