Mədəni İrs və Qayıdış Hüququ III Beynəlxalq Konfransı çərçivəsində ikinci ikitərəfli görüş keçirilib
05 dekabr 2025, 14:40

Konfrans çərçivəsində Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri ilə xarici qonaqlar arasında ikinci ikitərəfli görüş baş tutub.

Görüşdə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və Almaniyanın İqtisadi İnkişaf və Xarici Ticarət Federal Assosiasiyasının idarəedici direktoru, Almaniya–Azərbaycan Forumu İdarə Heyətinin sədri Urs Emil Unkauf iştirak ediblər.

Əziz Ələkbərli qonağa Qərbi Azərbaycan məsələsinin mahiyyəti, regionda mövcud vəziyyət və icmanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər barədə geniş məlumat verib.

Urs Emil Unkauf görüş zamanı məsələ ilə bağlı dialoqun genişləndirilməsi üçün Almaniyada da müzakirələrin təşkilinin mümkünlüyünü qeyd edib. O bildirib ki, Almaniya–Azərbaycan Forumu çərçivəsində bu mövzuda əlavə yazışmalar, tədbirlər və görüşlər keçirmək olar. Həmçinin vurğulanıb ki, forumun fəaliyyətinə nazir və nazir müavinləri kimi yüksək səviyyəli rəsmilər qoşulur və müzakirə olunan məsələlər ciddi şəkildə araşdırılaraq icra mərhələsinə keçirilir.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib.