Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib
08 may 2026, 20:43

Mayın 8-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi və İcma üzvləri, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli və ictimai xadim Əziz Əliyev, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.