Xəbərlər

Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində Xətai rayon gənclərinin tədbiri keçirilib
19 sentyabr 2026, 18:31

19 sentyabr 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyində Xətai rayon gənclərinin “Qərbi Azərbaycana qayıdış konsepsiyası gənclərin gözü ilə” mövzusunda tədbiri keçirilib.

Tədbirə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəsi, "Tərəqqi" medallı, Nizami Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü Xəqani Səfərov Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb, tədbirin işinə uğurlar arzulayıb.

Tədbirdə Ağsaqallar şurasının nümayəndəsi Siyavuş Əsgərov, dosent Fəxrəddin Əliyev, Slavyan Universitetinin dosenti Dürdanə Hümbətova, iş adamı İsmayıl Səfərov, ehtiyatda olan polkovnik Aydın Tağıyev, Vedi rayon Şidli kənd icmasının sədri Zeynalabdin Həsənov, Qərbi Azərbaycan İcmasının Nizami rayon üzrə nümayəndəliyinin üzvü Cəfər Muxtarzadə, Dillər Universitetinin tələbəsi Nuranə Hüseynzadə, iş adamı Zöhrab Mustafazadə, ziyalı Yusif Hümbətov, fəal gənclərdən Aliyə Hüseyzadə, Səid Əmrahlı, Cavidan Vəliyev, Aytac Əhmədzadə, Ülkər Məmmədova, Zirvə gənclər inkişaf platformasının sədri Maqsud Əhmədzadə, İdris Səfərov , Xətai rayon üzrə Qərbi Azərbaycan İcmasınin gənclərlə iş üzrə məsul şəxsi Mirhəşim Mirheydərli, Nizami rayon üzrə gənclərlə iş üzrə məsul şəxs Könül Vəliyeva, Zəngibasar icmasınin gənclərlə iş üzrə məsul şəxsi Kənan Heydərli, Şəhanə Abbasova iştirak və çıxış ediblər.

Qərbi Azərbaycana qayıdış istiqamətində qarşıda duran vəzifələr geniş müzakirə olunub, genclərin təklifləri dinlənilib. Həmçinin yeni layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni layihələr üzrə hazırlıq prosesinə start verilib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.