06 oktyabr 2026, 15:01
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycandakı tarixi-mədəni irsimizlə bağlı araşdırma aparıb. AZƏRTAC Əziz Ələkbərlinin “Qərbi Azərbaycanda tarixi abidələrimiz” seriyasından hazırlanan növbəti yazını təqdim edir.
Ağbat məbədi Dağ Borçalısının Loru mahalının ərazisində yerləşən qədim alban xristian məbədidir. 1930-cu il sentyabrın 9-dan Allahverdi rayonunun, 1969-cu il sentyabrın 19-dan isə Tumanyan rayonunun tərkibinə daxil edilən Ağbat kəndində yerləşən məbəd rayon mərkəzi Manas şəhərindən 17 kilometr şərqdədir. Sovet dövründə Manas şəhəri Allahverdi adlandırılıb.
Məbəd 976-cı ildə arxitektor Turdat tərəfindən inşa edilmiş, sonralar dəfələrlə təmir və bərpa olunmuşdur. Məbəd kompleksinə Müqəddəs Nişan, Müqəddəs Qriqor kilsələri, bir sovmə, kitabxana və s. daxildir. Orta yüzillərdə böyük dini və mədəni mərkəz kimi fəaliyyət göstərib.
Arxeoloji tədqiqatlar məbədin yerində qədimdən bütpərəstlik məbədinin mövcudluğunu təsdiq edir.
Məbədin yerləşdiyi Ağbat kəndi qədimdən türk tayfalarının vətəni olub, kəndə ilk ermənilər XIX əsrin əvvəllərində İrandan və Türkiyədən köçürülüb.
1950-ci ildə məbəd ermənilər tərəfindən “bərpa” olunub və ona bir çox erməni elementləri əlavə edilib.
https://azertag.az/xeber/qerbi_azerbaycanda_tarixi_abidelerimiz___agbat_mebedi-4447842?


