26 aprel 2026, 22:05
Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, eləcə də Qərbi Azərbaycan İcmasının dəstəyi ilə, İcmanın Xəzər rayon nümayəndəliyi və “Qarabağ” FK-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini-futbol turniri davam edir.
Xəzər rayonunun kəndləri arasında keçirilən turnir gənclər arasında təşkil olunub və ümumilikdə 8 komanda iştirak edir.
Turnirin ilk oyun günündə “Mərdəkan” – “Məkan” və “Şüvəlan” – “QRES” komandaları qarşılaşıblar. “Mərdəkan” – “Məkan” oyununda tərəflər 4:4 hesablı heç-heçə edib. Digər qarşılaşmada isə “Şüvəlan” komandası “QRES” üzərində 6:2 hesablı qələbə qazanıb.
Turnirdə aşağıdakı komandalar iştirak edib: “Məkan”, “Mərdəkan”, “QRES”, “Şüvəlan”, “Binə 117 nömrəli məktəb”, “Buzovna”, “Binə” və “Çeşmə”.
Keçirilən oyunların nəticələrinə əsasən növbəti mərhələyə vəsiqə qazanan komandalar müəyyənləşib.
Belə ki, “Mərdəkan” – “Məkan” qarşılaşmasının qalibi “Mərdəkan”,
“QRES” – “Şüvəlan” qarşılaşmasının qalibi “Şüvəlan”, “Binə 117 nömrəli məktəb” – “Buzovna” qarşılaşmasının qalibi “Buzovna”, “Binə” – “Çeşmə” cütünün qalibi isə “Binə” komandası olub.
Beləliklə, yarımfinal mərhələsinə vəsiqə qazanan komandalar “Mərdəkan”, “Şüvəlan”, “Buzovna” və “Binə” olub.
Turnirin növbəti oyunları may ayının 2 və 3-də keçiriləcək. Final qarşılaşmasının isə mayın 8-də baş tutması planlaşdırılır.


